Fransa çempionatında 5-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan "Nant" da növbəti oyununa çıxıb.

Fransa çempionatında 5-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan "Nant" da növbəti oyununa çıxıb.
 
Sözügedən komanda səfərdə "Strasburq"la qarşılaşıb. İki qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib - 1:1. hesabı ilə başa çatıb. Meydan sahibləri 28-ci dəqiqədə hesabı açsa da, "Nant"ın misirli futbolçusu Mustafa Məhəmməd 85-ci dəqiqədə tarazlığı bərpa edib.
 
"Nant" 5 turdan sonra 6 xalla 20 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. "Qarabağ"ın bu komandaya qarşı ilk oyunu sentyabrın 15-də Bakıda, ikinci matçı isə oktyabrın 27-də səfərdə olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest