Azərbaycan yığması Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən III Yay Olimpiya Oyunlarında daha bir medal qazanıb. Matç.az saytı xəbər verir ki, sərbəst güləşçimiz Turan Bayramov fərqlənib.
65 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz qrupda yeni zelandiyalı Vesterli Eynslini 10:0, pakistanlı İnayət Ullahı 8:0 hesabı ilə məğlub edib. Finalda isə Bayramov iranlı güləşçi Bayram Kərimini üstələyərək Olimpiya çempionu adını qazanıb.
Qeyd edək ki, Bayramov millimizə 5-ci medalı qazandırıb. Bunlardan ikisi qızıl, biri gümüş, ikisi bürüncdü. Onadək cüdoçu Vüqar Talıbov qızıl, , ağırlıqqaldıran Tarmenxan Babayev gümüş, taekvondoçu Cavad Ağayev və güləşçi Şəhanə Nəzərova bürünc medal əldə edib. Daha bir idmançımız gimnast Yelizaveta Luzan isə Beynəlxalq Olimpiya Komitəsinin komandasının heyətində çempion olub.