"Leypsiq" Marko Rozenin yeni baş məşqçi təyin olunduğunu açıqlayıb. Matc.az xəbər verir ki, 45 yaşlı alman mütəxəssislə müqavilə 2024-cü ilin iyunun sonuna kimi qüvvədə olacaq.
 
Roze "Leypsiq"in "sükanı arxasında" 2021-ci ilin dekabrından komandaya rəhbərlik etmiş Domeniko Tedeskonu əvəzləyib. Tedesko sentyabrın 7-də istefaya göndərilib.
 
Rozenin əvvəlki klubu 2021-ci ilin iyulundan 2022-ci ilin mayına kimi rəhbərlik etdiyi Dortmund "Borussiya"sı idi.
 
"Leypsiq" Bundesliqada 5 oyundan sonra 5 xalla 11-ci pillədə qərarlaşıb. Komanda çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda "Şaxtyor"a (Donetsk) uduzub (1:4). Bu məğlubiyyətdən sonra Tedesko baş məşqçi postundan qovulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest