"Farer adaları qrupda bizim üçün ən təhlükəli komanda idi". Matç.az saytının məlumatına görə, bunu Kosovo yığmasının qapıçısı Samir Uykani deyib.

UEFA Millətlər Liqasında millimizlə eyni qrupda yer alan Kosovo dünən səfərdə Farer adaları ilə heç-heçə edib – 1:1.

Qarşılaşmadan sonra qrupdakı vəziyyətlə bağlı fikirlərini bildirən 30 yaşlı qolkiper 2 xal itirdiklərini söyləyib: "Bu gün qələbəni əldən verdik. Ancaq digər görüşdə Azərbaycanın büdrəməsi işimizin qəlizləşməsinə imkan vermədi. Qalib gəlsəydik, son iki tura daha rahat çıxardıq. Yəqin ki, qrupun taleyinə son turda Azərbaycanla matçda aydınlıq gələcək".

Qeyd edək ki, 4 turdan sonra Kosovo 8 xalla turnir cədvəlinə liderlik edir. Millimizin isə aktivində 6 xal var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest