Avstriyanın Qrats şəhərində 3x3 basketbol üzrə Avropa Kubokunun final mərhələsi start götürüb. Matc.az xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət yığması D qrupunun ilk matçında Belçika seçməsi ilə qarşılaşıb.
 
Endər Poladxanlı, Zaur Paşayev, Amil Həmzəyev və Cəbrayıl Əkbərovdan ibarət kollektiv bu rəqibə minimal hesabla uduzub - 13:14.
 
Komandamız ikinci matçında Niderland seçməsi ilə qarşılaşıb. Azərbaycan yığması bu görüşdə böyük fərqlə uduzub - 6:22.
 
Beləcə, qrup sonuncusu olan Azərbaycan millisi 1/4 finala yüksələ bilməyib.
 
Avropa Kubokuna sentyabrın 11-də yekun vurulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest