Almaniyanın Düsseldorf şəhərində "Böyük dəbilqə" turniri start götürüb. Matc.az xəbər verir ki, 9 ölkədən 606 (362 kişi, 244 qadın) cüdoçunun qatıldığı yarışda Azərbaycanı 10 kişi və 5 qadın idmançı təmsil edir. Bu gün idmançılarımızdan 7-si tatami üzərinə çıxıb.
Kişilər
60 kq
Həmyerlimiz Davud Məmmədsoyun ilk rəqibi Martin Lau (Honq Konq) olub. Davud ilk cəhdini qələbə ilə vurmağı bacarıb. Lakin o, növbəti rəqibi Lukumi çxvimianiyə (Gürcüstan) yenilib.
66 kq
Bu çəkidə iki idmançımız mübarizəyə qoşulub. Nicat Şıxəlizadənin ilk cəhddə bolqarıstanlı Bojidar Temelkovu məğlub etsə də, növbəti mərhələdə Ham Jonq Jinə (Cənubi Koreya) uduzub.
İlk görüşündə portuqaliyalı Joao Krisostomonu yenən Orxan Səfərov da ikinci görüşdə məğlubiyyətlə üzləşib. O, Tal Flikerə (İsrail) uduzub.
Qadınlar
48 kq
Aişə Qurbanlı ilk görüşdə braziliyalı Natalia Brigida ilə qarşılaşıb və tatamidən məğlub ayrılıb.
Leyla Əliyeva isə serbiyalı Milica Nikoliçə uduzub.
52 kq
İdmançımız Gültac Məmmədəliyeva ilk cəhddə Alisa Kuznetsova (Rusiya) ilə qarşılaşıb və məğlub olub.
57 kq
Millimizin legioneri İçinkorloo Munxtsedev isə Braziliya cüdoçusu Rafaela Silva ilə bacarmayıb.