15 Oktyabr 2018, 10:13
PARİS-2024
Slovakiya yığmasında baş məşqçi istefası reallaşıb. Matç.az saytı xəbər verir ki, bunu yerli futbol federasiyası rəsmən bəyan edib.
İstefaya səbəb komandanın UEFA Millətlər Liqasında uğursuz çıxışı göstərilib. Belə ki, B Liqasında yer alan Slovakiya 1-ci qrupda Ukraynadan sonra çexiyaya da məğlub olunca, baş məşqçi Yan Kozak istefa ərizəsini rəhbərliyə təqdim edib. Artıq onun istefası qəbul olunub və 64 yaşlı mütəxəssislə yollar ayrılıb.
Qeyd edək ki, Yan Kozak 2013-cü ildən bəri Slovakiya millisini çalışdırıb.