Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Qarabağ"ın qonağı olacaq Fransanın "Nant" komandasının Bakıya səfər proqramı bəlli olub. Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi bu gün saat 22:00-da Azərbaycan paytaxtında olacaq.
 
Sentyabrın 14-də komandanın baş məşqçisi Antuan Kambuarrenin oyun öncəsi mətbuat konfransı keçiriləcək. Ardınca isə media üçün ilk 15 dəqiqəsi açıq məşq prosesi baş tutacaq.
 
"Nant" qarşılaşmadan dərhal sonra Fransaya qayıdacaq.
 
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq bu oyuna saat 20:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest