Millimiz Rusiya yığması ilə qarşılaşmaq istəmir. Matc.az saytı xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
 
Bildirilir ki, Rusiya Futbol İttifaqı əsas komandaya yoldaşlıq görüşünə rəqib axtarsalar da, bir neçə federasiya bundan imtina edib. Qazaxıstan Futbol Federasiyası ruslardan müraciət alıb, lakin müsbət cavablandırmayıb. Qazaxıstanlılar belə bir matçın onların imicinə zərbə vuracağını düşünüb.
 
özbəkistan Futbol Assosiasiyası Rusiya tərəfinin yoldaşlıq görüşü keçirməyi planlaşdırdığı tarixdə oynamaq istəyir, ancaq başqa rəqiblə.
 
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası isə əsas millinin Valeri Karpinin yetirmələri ilə sınaq görüşü keçirməyi nəzərdə tutulmayıb.
 
Qeyd edək ki, Rusiya yığması son oyununu 2021-ci il noyabrın 14-də Xorvatiyaya qarşı (0:1) keçirib. Şimal qonşularımız noyabrın 19-da öz meydanında Bosniya və Herseqovina ilə, 24-də isə Bişkekdə Qırğızıstanla yoldaşlıq görüşü keçirmək üçün razılaşıb. Ancaq bosniyalıların Edin Dzeko, Miralem Pyaniç kimi aparıcı oyunçuları həmin qarşılaşmanı boykot ediblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest