21 Sentyabr 2022, 14:37
DİGƏR
Tanınmış idmançı, polis polkovnik-leytenantı Eduard Məmmədov Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Matc.az xəbər verir ki, bu barədə idmançının özü məlumat verib.
O bildirib ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Xatırladaq ki, DİN-in İdman Cəmiyyətinin sədri polis polkovniki Zemfira Meftahəddinovadır.