"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Fransanın "Nant" komandası heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi "Mets" komandasından Fabyen Santonzu transfer edib.
26 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
"Qarabağ" qrup mərhələsinin 2-ci turunda Bakıda "Nant"ı 3:0 hesabı ilə məğlub edib. Komandalar arasında 5-ci tur çərçivəsində keçiriləcək ikinci oyun oktyabrın 27-də Fransada baş tutacaq.


_1763398168.jpg)
_1693390777.png)


_1763395028.jpg)





