Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin köməkçi məşqçisi Emin Əbilov karyerasını Türkiyədə davam etdirəcək. Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Əbilov 2022/2023-cü il mövsümündə Sultanlar Liqasında mübarizə aparacaq "Sarıyer Belediyespor" ilə bir illik müqavilə imzalayıb. 
 
O, yeni komandasında birinci köməkçi məşqçi olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest