Qazaxıstan yığmasının keçmiş baş məşqçisi Arno Paypers Bakıda Azərbaycana qarşı keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı tur oyunu ilə bağlı fikirlərini bildirib. Matc.az xəbər vərir ki, niderlandlı mütəxəssis qələbə qazanmaq üçün yaxşı şans olduğunu deyib:
 
"Görək, qrupun son matçında nə baş verəcək. Rəqib normal komandadır. Bununla belə, Bakıda oynamaq elə də çətin deyil.
 
Qazaxıstan qrupda heyrətamiz nəticə göstərib. Deməli, səfərdə 1:1 hesablı heç-heçə normal olmalıdır".
 
Paypers 2005-2008-ci illərdə Qazaxıstan millisinə rəhbərlik edib.
 
Sentyabrın 25-də "Dalğa Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest