Almaniya Futbol İttifaqı Qətərdə keçiriləcək dünya çempionatının qalibi olacaq milli üzvlərinə veriləcək pul mükafatının məbləğini açıqlayıb. Matc.az xarici KİV-ə istinadən xəbər verir ki, Hans-Diter Flikin baş məşqçi olduğu komanda Dç-2022-nin qalibi olsa, hər futbolçuya 400 min avro ödəniləcək.
 
Milli üzvləri gümüş medal üçün 250 min avro, üçüncü yerə görə 200 min avro alacaq.
 
Bundestim qrupdan çıxsa, oyunçulara 50 min avro, 1/4 final mərhələsinə görə 100 min avro, yarımfinal üçün isə 150 min avro veriləcək.
 
Dç-2022 20 noyabr-18 dekabrda keçiriləcək. Almaniya yığması E qrupunda İspaniya, Kosta-Rika və Yaponiya ilə mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest