Millətlər Liqasının noyabrda keçiriləcək V turunda Azərbaycan millisi ilə qarşılaşacaq Farer adaları yığması itki ilə üzləşib. Matç.az saytı xəbər verir ki, şimallılar yarımmüdafiəçi Rene Yonsenin xidmətindən məhrum olub.

Buna səbəb futbolçunun cəzalı duruma düşməsidi. O, Kosovo ilə dünən keçirilən qarşılaşmada (1:1) sarı vərəqə alıb.

Turnirdə 2-ci dəfə xəbərdarlıq görən farerli növbəti turu buraxmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, Yonsen Millətlər Liqasında komandasının bütün matçlarını əvəzolunmadan keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest