UEFA Gənclər Liqasının 1-ci mərhələsi çərçivəsində "Qəbələ" ilə Xorvatiyanın "Hayduk" klubunun U-19 komandaları arasında keçiriləcək cavab matçının biletləri satışa çıxarılıb.

Matc.az xəbər verir ki, biletlərin qiymətləri 2 və 5 AZN-dir. 

Biletləri Qəbələ şəhər stadionu və "Qəbələ" oteldə yerləşən fan-şopdan əldə edə bilərsiniz.

UEFA Gənclər Liqası
çempionlar yolu, 1-ci mərhələnin  cavab oyunu
4 oktyabr

17:00. "Qəbələ" – "Hayduk"
Hakimlər: Arda Kardeşler, Mehmet Emin Tuğral, Süleyman Ozay (hamısı Türkiyə).
Qəbələ şəhər stadionu.
İlk oyun – 0:3.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest