"Yapon döyüşçüləri üçün gənc və yaşlı olmağın fərqi yoxdu. çünki onlar yapondurlar və texniki cəhətdən istedadlıdırlar". Matc.az xəbər verir ki, bunu Almaniyanın Düsseldorf şəhərindəki "Böyük Dəbilqə" turnirinin finalında Sanşiro Muraonu məğlub etmiş Azərbaycan millisinin cüdoçusu Məmmədəli Mehdiyev deyib.

"Böyük Dəbilqə" seriyalı turnirlərdə ilk dəfə qızıl medal qazanan 90 kq çəkili Mehdiyev çox xoşbəxt olduğunu söyləyib: "Döyüşün əvvəlində iki xəbərdarlıq aldım və sona qədər bir daha belə halın baş verməməsinə çalışdım. Mümkün olan hər şeyi etdim və qələbə qazandım. Həqiqətən çox xoşbəxtəm".

Qeyd edək ki, "Böyük Dəbilqə" turnirində Məmmədəli Mehdiyev (90 kq) qızıl, Rüstəm Orucov (73 kq), Zelim Kotsoyev (100 kq) və İrina Kindzerska (+78 kq) bürünc medal qazanıb. Bununla da Azərbaycan cüdo yığması 93 ölkə arasında 3-cü yeri  tutub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest