Xulen Lopeteqi ilə yollarını ayıran "Sevilya"nın yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Xorxe Sampaoli çalışdıracaq.
 
Bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb. Argentinalı mütəxəssislə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
 
62 yaşlı Sampaoli son olaraq Fransanın "Olimpik" (Marsel) komandasını çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest