Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində baş tutan "Qarabağ"la oyunda əvəzlənərkən yerli azarkeşləri təhqir edən "Olimpiakos"un futbolçusu Pape Abu Sisse cəzalanıb. Matc.az xəbər verir ki, seneqallı müdafiəçi baş məşqçi Miçel Qonsalesin qərarı ilə əsas komandadan kənarlaşdırılıb.
 
27 yaşlı oyunçu etdiyi hərəkətə görə "İnstagram" səhifəsində üzrxahlıq mesajı paylaşsa da, bu, ispaniyalı mütəxəssisin qərarını dəyişməyib.
 
Xatırladaq ki, "Qarabağ" "Olimpiakos"a səfərdə 3:0 hesabıyla qalib gəlib. Bu komandalar arasındakı növbəti oyun oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest