İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-23 dünya çempionatı davam edir. Matc.az xəbər verir ki, Azərbaycanın qadın güləşçisi Nigar Mirzəzadə mundialın gümüş medalını qazanıb.

İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-23 dünya çempionatı davam edir. Matc.az xəbər verir ki, Azərbaycanın qadın güləşçisi Nigar Mirzəzadə mundialın gümüş medalını qazanıb.
 
65 kq çəki dərəcəsində yarışan idmançı finalda Miva Morikava (Yaponiya) ilə qarşılaşıb. Böyüklər arasında da dünya çempionu olmuş rəqibinə 0:10 hesabı ilə məğlub olan Mirzəzadə gümüş medalla kifayətlənməli olub.
 
Xatırladaq ki, Nigar Mirzəzadə (65 kq) təsnifat mərhələsində ispaniyalı Nerea Blankoya şans tanımamışdı - 7:1. Güləşçimiz 1/4 finalda qazaxıstanlı Dariqa Abenə "tuş"la qalib gəlmişdi. Yarımfinalda italiyalı Elena Espositonu da 3:2 hesabıyla məğlub edən Mirzəzadə finala yüksəlmişdi.
 
Daha əvvəl Azərbaycanın yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) isə qızıl medal qazanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest