"Rəqibimizin də oyununa bir daha baxacağıq. Yenə deyirəm, vacib olan zədəli futzalçılarımızın meydana çıxıb-çıxmamasıdır"

Futzal üzrə UEFA çempionlar Liqasının əsas mərhələsinin oyunlarına hazırlığını yekunlaşdırmaq üzrə olan "Araz Naxçıvan"ın baş məşqçisi Joze Alesio Da Silva Mostar şəhərində keçirilmiş ilk məşqdən sonra açıqlama verib. Matc.az xəbər verir ki, braziliyalı mütəxəssis federasiyanın rəsmi saytına açıqlamasında bunları söyləyib: 
 
"Mostarda, oyunun keçiriləcəyi arenada ilk məşqimizi keçirdik. Həm zal, həm də oyun zamanı istifadə olunacaq toplar normaldır. Komandada atmosfer yaxşıdır, sadəcə, səfərlə əlaqədar az da olsa, yorğunluq var. Əsas problemimiz isə zədəli futzalçıların durumu ilə bağlıdır. Andreu, Katatau, Sinesi və Ramiz çovdarovun zədəsi var və onlardan hansının bu oyunlarda bizə kömək edəcəyini dəqiq deyə bilməyəcəm. Bununla bağlı həkim qərar verəcək. Əslində, Ramiz çovdarovun geri döndüyünü demək olar, o, Mostardakı ilk məşqimizdə iştirak etdi. Digər 3 oyunçu ilə bağlı məsələ konkretləşməyib.
 
İlk oyunda İsveç çempionu "Orebro" ilə qarşılaşacağıq. çətin görüş olacaq. Müxtəlif variantlarımız var. Rəqibimizin də oyununa bir daha baxacağıq. Yenə deyirəm, vacib olan zədəli futzalçılarımızın meydana çıxıb-çıxmamasıdır. Əgər onlardan ikisi bizə kömək edə bilsə, onda yaxşı nəticə qazanacağıq. Komanda olaraq yaxşı hazırlaşmışıq. Bütün görüşlər bizim üçün finala bərabər olacaq, ilk oyun isə xüsusilə".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest