Futbol üzrə Rusiya millisinin sabiq hücumçusu Roman Pavlyuçenko karyerasını başa vurub. Matc.az xəbər verir ki, Rusiya ikinci liqasında "Znamya"da çıxış edən 40 yaşlı hücumçu 8 oyunluq cəza aldıqdan sonra futbolla vidalaşıb.
 
Təcrübəli forvard "Kosmos"la görüşdən sonra davada iştirak etdiyi üçün cəzalanıb. O, bundan sonra oynamaq istəmədiyini söyləyib.
 
Pavlyuçenko karyerası ərzində "Dinamo" (Stavropol), "Rotor" (Volqoqrad), "Spartak" (Moskva), "Tottenhem", "Lokomotiv" (Mosvka), "Kuban" (Krasnodar), "Ural" (Yekatenburq) və "Ararat" (Moskva) kimi klubların da formasını geyinib. O, 2003-2012-ci illərdə Rusiya yığmasının heyətində 51 oyuna çıxıb, 21 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest