Azərbaycan yığması Millətlər Liqasının IV turunun Malta ilə qarşılaşmasında qalib gələ bilməsə də, tarixinin yeni rekorduna imza atıb. Matç.az saytı xəbər verir ki, 1:1 hesabı ilə başa çatan oyunda vurulan qol 2018-ci ildə 12-ci olub.

Belə ki, bu il 10-cu görüşünə çıxan Qurban Qurbanovun yetirmələri Maltayla duelədək rəqib qapısına 11 dəfə yol tapmışdı. Bu göstəricinin 12-yə çatması yığmanın tarixində mütləq rekorddu.

Komandamız heç vaxt bir təqvim ilində 12 qol vurmamışdı. 2004, 2007 və 2013-cü illəri 11 qola başa vuran millimiz bu dəfə rekordunu yaniləyib. Araz Abdullayevin "cırtdan"larla görüşdə vurduğu top sayca 12-ci olub və rekordu rəsmiləşdirib. İlin sonundadək daha iki oyunu olan komandamız Farer adaları və Kosovo ilə görüşlərdə bu nailiyyətini daha da yaxşılaşdırmaq imkanına malikdi.

Qeyd edək ki, yığmamız tarixində 182 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest