Azərbaycan Premyer Liqasının XVIII turunda "Sabah"la (1:1) oyun "Qarabağ"ın futbolçusu Reynaldo Silva üçün əlamətdar olub. Matc.az saytının klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, qarşılaşmanın 19-cu dəqiqəsində hesabı açan braziliyalı həsrətə son qoyub.

Forvard ölkə çempionatlarında 882 gündən sonra yenidən "Qarabağ"ın forması altında fərqlənib. Silva buna qədər sonuncu dəfə 2016-cı il sentyabrın 25-də "Kəpəz"lə (1:1) səfər oyununda rəqib qapısına yol tapmışdı.

ümumilikdə Reynaldonun son qolu 2016-cı il dekabrın 8-də Avropa Liqasında "Fiorentina" ilə (1:2) matça təsadüf edib və bu qoldan da 807 gün sonra forvard yenidən qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest