Cüdo üzrə Azərbaycan millisi Bakıda keçirilən "Böyük Dəbilqə" turnirini 6 medalla başa vurub. Matc.az xəbər verir ki, bu gün daha bir cüdoçumuz - Zelim Kotsoyev də qızıl medal qazanıb.
 
100 kq çəki dərəcəsində çıxış edən idmançı finalda serbiyalı Aleksandr Kukolla üz-üzə gəlib. Rəqibinə ipponla qalib gələn Kotsoyev yarışın qalibi olub.
 
Xatırladaq ki, daha əvvəl Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq) və Səid Mollayi (81 kq) də qızıl medal qazanmışdı. Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) isə bürünc medal əldə edib.
 
Azərbaycan yığması ümumi medal sıralamasında birinci olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest