Yeniyetmə taekvondoçulardan ibarət Azərbaycan milli Maltanın paytaxtı Vallettada start götürən Avropa çempionatının ilk günündə 1 qızıl və 1 gümüş medal qazanıb. Matc.az xəbər verir ki, qızlardan 29 kq-da çıxış edən Zəhra İsayeva və 37 kq-da yer alan Xuraman Cavadzadə fəxri kürsüyə qalxıb.
 
Mübarizəyə 1/4 finaldan başlayan İsayeva ilk döyüşündə kiprli Elli Antoniounu məğlub edib. Yarımfinalda serbiyalı Arijana İvanoviçə qalib gələn taekvondoçu bu dueldən də qalib ayrılıb. Finalda türkiyəli Efe Nazlıdan üstün olan İsayeva Avropa çempionu tituluna yiyələnib.
 
Cavadzadə isə 1/8 finalda fransalı Lilo Qamelə, 1/4 finalda bosniya və herseqovinalı Eyla Makasa, yarımfinalda ermənistanlı Melanie Qraçe Ayvazyana gücünü göstərib. Finalda xorvatiyalı Sofiya Hiniçə uduzan Cavadzadə yekunda gümüş medalla kifayətlənib.
 
Yarışa noyabrın 28-də yekun vurulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest