İsveçrənin Lozanna şəhərində Beynəlxalq Qılıncoynatma Federasiyasının (FIE) 100-cü Konqresi keçirilib. Matc.az xəbər verir ki, konqres çərçivəsində cari mövsüm 2 dünya kubokunun və 1 qran-prinin mərhələ yarışının qalibi, son Avropa çempionu, dünya çempionatının finalçısı olan Anna Baştaya qadın sablyaçıların şəxsi mübarizəsində dünya reytinqinin 1 nömrəsi olaraq xüsusi mükafat təqdim edilib.
 
Azərbaycandan daha öncə bu mükafata Yelena Jemayeva layiq görülüb.
 
Azərbaycan Qılıncoynatma Federasiyasını Konqresdə baş katib Vasif Məmmədov təmsil edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest