Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün sonuncu - üçüncü tura start verilib. Matc.az xəbər verir ki, ilk olaraq A və B qruplarında mübarizə baş tutub.
A qrupunda 4 xalla ilk iki pilləni bölüşdürən Niderland ilə Ekvador yığmaları müvafiq olaraq, Qətər və Seneqalla qarşılaşıb. Hər iki kollektivi pley-offa yüksəlmək üçün heç-heçə də qane edirdi. Ev sahiblərinin isə qrupda qalması elə ikinci turdan sonra rəsmiləşmişdi. Son turda Niderland və Seneqal yığmaları qələbə qazanan tərəf olub. Nəticədə bu qrupdan 1/8 finala məhz bu iki komanda vəsiqə qazanıb. Qətərlə Ekvador yığmaları üçün isə mübarizə erkən bitib.
B qrupunda İran millisi ABŞ-la, İngiltərə seçməsi Uelsə qarşılaşıb. Bu qrupda bütün komandaların 1/8 finala vəsiqə qazanmaq şansı vardı. Lakin yekunda İngiltərə və ABŞ yığmaları sevinən tərəf olub. İngilislər istəklərinə darmadağınla nail olublarsa, amerikalılar 1/8 finala vəsiqəni tək qolla təmin ediblər.
Xatırladaq ki, iki turdan sonra Fransa, Braziliya və Portuqaliya yığmaları da pley-offa vəsiqəni təmin etmişdilər.
Dünya çempionatı
29 noyabr
A qrupu
Ekvador - Seneqal 1:2
Qol: Moyses Kaysedo, 68 - İsmaila Sarr, 44-pen. Kalidu Kulibali, 70.
Baş hakim: Kleman Türpen (Fransa).
"Xəlifə" stadionu.
Ekvador: 1. Hernan Qalindes, 23. Moyses Kaysedo, 11. Mikael Estrada, 7. Pervis Estupinan, 21. Alan Franko, 8. Karlos Qrueso, 3. Pedro İnkapye, 19. Qonsalo Plata, 17. Anxelo Presyado, 2. Feliks Torres, 13. Enner Valensiya (k).
Seneqal: 16. Eduard Mendi, 11. Pate Siss, 9. Bulaye Dia, 22. Abdu Diallo, 5. İdrissa Queye, 26. Pape Queyye, 14. İsmail Yakobs, 3. Kalidu Kulibali (k), 13. İliman Ndiaye, 21. Yussuf Sabali, 18. İsmaila Sarr.
Niderland - Qətər 2:0
Qol: Kodi Qakpo, 26. Frenki De Yonq, 49.
Baş hakim: Bakari Qassama (Qambiya).
"Əl Beyt" stadionu.
Niderland: 23. Andris Noppert, 2. Yurien Timber, 4. Vircil Van Deyk (k), 5. Natan Ake, 22. Denzel Dumfris, 15. Marten De Run, 21. Frenki De Yonq, 17. Deyli Blind, 14. Deyvi Klaassen, 10. Memfis Depay, 8. Kodi Qakpo.
Qətər: 22. Meşal Barşam, 17. İsmael Məhəmməd, 2. Pedro Migel, 16. Bualem Xuki, 3. Abdelkarim Hassan, 14. Homam Ahmed, 6. Abdulaziz Hatem, 23. Assim Madibo, 10. Hasan Al Haydos (k), 19. Almoez Ali, 11. Akram Afif.
Xal: Niderland - 7. Seneqal - 6. Ekvador - 4. Qətər - 0.
B qrupu
İran - ABŞ 0:1
Qol: Kristian Pulişiç, 38.
Baş hakim: Migel Mateu Laos (İspaniya).
"Al Tumama" stadionu.
İran: 1. Əlireza Beyrənvand, 23. Ramin Rezaeyan, 19. Məcid Hüsseyni, 8. Murteza Purəligənci, 5. Milad Məhəmmədi, 6. Səid Ezzatullahi, 21. Əhməd Nurullahi, 3. Ehsan Həcisəfi (k), 9. Mehdi Taremi, 20. Sərdar Azmun, 17. Əli Qulizadə.
ABŞ: 1. Met Törner, 2. Sejinyo Dest, 20. Kemeron Karter-Vikers, 13. Tim Rim, 5. Entoni Robinson, 4. Tayler Adams (k), 6. Yunus Musa, 8. Ueston Makkenni, 21. Timoti Vea, 24. Coşua Sarjent, 10. Kristian Pulişiç.
Uels - İngiltərə 0:3
Qol: Markus Reşford, 50; 68. Fil Foden, 52.
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
"Əhməd ibn Əli" stadionu.
Uels: 12. Denni Uord, 3. Neko Uilyams, 4. Ben Deyvis, 5. Kris Mefam, 6. Co Rodon, 7. Co Allen, 10. Aaron Remzi, 11. Qaret Beyl (k), 13. Kiffer Mur, 15. Etan Ampadu, 20. Daniel Ceyms.
İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uoker, 3. Luk Şou, 4. Deklan Rays, 5. Con Stounz, 6. Harri Maquayr, 8. Cordan Henderson, 9. Harri Keyn (k), 11. Markus Reşford, 20. Fil Foden, 22. Cud Bellingem.
Xal: İngiltərə - 7. ABŞ - 5. İran - 3. Uels - 1.