Şotlandiyanın "Reyncers" klubunun yeni baş məşqçisi məlum olub. Matc.az xəbər verir ki, paytaxt təmsilçisini Maykl Bil çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 42 yaşlı ingilis mütəxəssislə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Son iş yeri İngiltərənin KPR klubu olan Maykl Bil "Reyncers"in baş məşqçisi postunda Covanni van Bronkhorstu əvəz edib.