Portuqaliyalı futbolçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə müqavilə bağlamağa yaxındır. Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
 
Məlumatda bildirilib ki, tərəflər artıq anlaşmaq üzrədir. 38 yaşlı Ronaldonun illik 200 milyon avro maaş olmaqla, yeni klubu ilə 2,5 mövsümlük müqavilə imzalayacağı gözlənilir.
 
Hazırda Portuqaliya millisi ilə Dç-2022-də iştirak edən Ronaldo bir neçə gün əvvəl "Mançester Yunayted" klubu ilə yollarını ayırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest