Aç-2023-ün əsas mərhələsində Azərbaycanın U-19 millisi ilə eyni qrupda yer alan Bosniya və Herseqovina ilə Fransanın müvafiq yaş qrupundan ibarət komandaları beynəlxalq turnirdə iştirak edəcəklər.
 
Matc.az xəbər verir ki, hər iki komanda dekabrın 6-dan 9-dək Serbiyanın Vryaçka Banya şəhərində təşkil olunacaq "Futzal sevgisi" turnirində gücünü sınayacaq.
 
Yarışa rəqiblərimiz və meydan sahibi komandadan başqa, İtaliyanın da müvafiq yaş qrupundan ibarət millisi qatılacaq.
 
Oyunların təqvimi belədir: 
 
6 dekabr
Bosniya və Herseqovina - İtaliya
Fransa – Serbiya
 
7 dekabr
Serbiya – Bosniya və Herseqovina
İtaliya – Fransa
 
9 dekabr
Fransa – Bosniya və Herseqovina
Serbiya – İtaliya
 
Bosniya və Herseqovinanın baş məşqçisi İvo Krezo turnir üçün bu futzalçılara dəvət göndərib: Kerim Salihoviç (Sarayevo), hrvoje Sablyiç (Herseqovina), Mihaylo Raduloviç (Doboj), Emil Softiç (Salines), Anel Spreço (Doboj), Yaqo Skoko (Herseqovina), Srdan çatiç (Doboj), Matej Krezo (Selyak), Vedad Subaşiç (Mostar), Miloş Todoriç (Salines), Bruno Bilokapa (Selyak), Yakub Vilakiç (Bosna Kompred), Omar Omeroviç (Sarayevo), Ahmed Kadiç (Zepçe), Kosta Kuzmiç (Salines).
 
Qeyd edək ki, Aç-2023-ün əsas mərhələsinin oyunları martın 21-dən 26-dək keçiriləcək. Millimizin yer aldığı 5-ci qrupun oyunları Bosniya və Herseqovinada təşkil olunacaq. Komandamız meydan sahibi ölkənin yığması ilə bərabər, Fransa və Yunanıstanın müvafiq yaş qrupundan ibarət komandaları ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest