Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Belçika yığmasının yeni baş məşqçisi əfsanəvi fransalı futbolçu Tyerri Anri ola bilər. Matc.az xəbər verir ki, Belçika Futbol Assosiasiyası Qətərdə keçirilən dünya çempionatından sonra istefa verən Roberto Martinesin yerinə Anrini əsas namizəd hesab edir.
 
Qurumun digər namizədi millinin sabiq kapitanı Vensan Kompanidir. Ancaq assosiasiya rəhbərliyi ilk növbədə Anrini baş məşqçi postuna gətirməkdə maraqlıdır. Tərəflər arasında hətta ilkin danışıq da olub.
 
Aç-2024-ün seçmə mərhələsinin F qrupunda Belçika ilə Azərbaycan milliləri arasında ilk oyun 2023-cü il sentyabrın 9-da Bakıda, cavab görüşü noyabrın 19-da Brüsseldə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest