Azərbaycan I Divizionunda XIII tura yekun vurulub. Matc.az xəbər verir ki, bu gün daha 3 qarşılaşma baş tutub.

"Şamaxı-2" – "Kəpəz-2" matçında meydan sahibləri son dəqiqə qolu ilə qələbə qazanıblar. "Qarabağ-2" isə "Zirə-2" ilə ev oyunundan minial hesabla məğlub ayrılıb. Beş qolun qeydə alındığı "İmişli" – "Sumqayıt-2" matçında isə meydan sahibləri qalib gəliblər.

I Divizion
XIII tur
6 dekabr

"Qarabağ-2" – "Zirə-2" 0:1
Qol: Taleh Fərmanov, 29.
Hakimlər: Sərxan İsmayılov, Səbuhi Soltanov, Ruslan Quliyev, Namiq Bəkirov.
Binə qəsəbə stadionu, 14:00.

"İmişli" – "Sumqayıt-2" 3:2
Qol: Nurlan Bayramov, 1-öz qapısına. Əli Tağızadə, 41. Bayram Əliyev, 47 – Cavid Quliyev, 79. Nihad Məmmədov, 88.
Hakimlər: Cavid Cəlilov, Vüsal Məmmədov, Asif Abdullayev, İslam Məmmədov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

"Şamaxı-2" – "Kəpəz-2" 1:0
Qol: Rüstəm Əlizadə, 90+2.
Hakimlər: Emin Əliyev, Elmin Süleymanov, Anar Bədəlov, Rövşən Rəcəbov.
Şamaxı şəhər stadionu, 14:00.

Turun digər oyunlarında qeydə alınan nəticələr:

"Qaradağ Lökbatan" – MOİK 3:0
"Səbail-2" – "Araz Naxçıvan" 0:2
"Zaqatala" – "Turan Tovuz-2" 1:1
"Neftçi-2" – "Qəbələ-2" 1:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest