Futbol üzrə Belçika millisinin keçmiş çalışdırıcısı Roberto Martines İspaniya yığmasının baş məşqçisi ola bilər. Matc.az xəbər verir ki, 52 yaşlı mütəxəssisin Luis Enrikeni əvəzləməsi gözlənilir.
 
Dç-2022-nin 1/8 finalında Mərakeşə məğlub olaraq (penaltilərlə 0:3) mübarizəni dayandıran İspaniya yığmasında Enrikenin istefası müzakirə edilir. İspaniya Futbol Federasiyası Martineslə ilkin danışıqlara başlayıb.
 
Martines 2016-2022-ci illər aralığında Belçika yığmasını çalışdırıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest