Qadın həndbolçuların Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. Matc.az xəbər verir ki, 3-cü turun ilk matçında meydançaya "Azəryol" və "Qarabağ" komandaları çıxıblar.
 
Gərgin mübarizə ilə yadda qalan görüşün ilk hissəsində 6 topluq üstünlük qazanan "Azəryol" fasilədən sonra da təşəbbüsü əldən verməyib. Qarşılaşma 33:30 hesabı ilə son çempionun xeyrinə başa çatıb.
 
U-16 - "İdman Akademiyası" görüşündə nominal qonaqlar inamlı oyun sərgiləyiblər. İlk hissəni 27:14 hesabı ilə irəlidə başa vuran "tələbələr" qalan vaxtda üstünlüyü daha da artırıblar – 47:21.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest