"İnter" Avstriyanın "Salzburq" klubunun və Bosniya və Herseqovina milli komandasının 18 yaşlı cinah hücumçusu Kərim Alaybeqoviçlə maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
"İnter" digər tanınmış İtaliya klubları, xüsusən də "Roma"nın rəqabətini nəzərə alaraq, artıq oyunçunu transfer etmək üçün aktiv addımlar atmağa başlayıb.
Alaybeqoviç yay "transfer pəncərəsi"ndə "İnter"in yeganə bosniyalı transferi olmaya bilər. Milanlılar həmçinin "Sassuolo"nun müdafiəçisi Tarik Muharemoviçlə də müqavilə imzalamaq üzərində işləyirlər.
Qeyd edək ki, Alaybeqoviçin " Salzburq"la müqaviləsi 2029-cu ilin yayına qədərdir və onun transfer dəyəri hazırda 15 milyon avro olaraq qiymətləndirilir. Bu mövsüm cinah hücumçusu bütün yarışlarında 40 matçda 12 qol vurub və 4 məhsuldar ötürmə edib. O, həmçinin Bosniya və Herseqovina milli komandasında 8 matçda 1 qol vurub.












