26 Aprel 2026, 11:28
FUTBOL
Səudiyyə Ərəbistanının "Əl-Əhli" komandası Asiya Çempionlar Liqasının finalında Yaponiyanın "Maçida Zelviya" komandasını məğlub edərək çempion olub.
Matc.az xəbər verir ki, həlledici qarşılaşma ötən gün Ciddədə baş tutub.
"Əl-Əhli"nin 68-ci dəqiqədə qırmızı vərəqə almasına baxmayaraq, əsas vaxt qolsuz başa çatıb. Oyun əlavə vaxtında və Səudiyyə klubu azlıqda olmasına baxmayaraq qələbə qazanıb. Görüşün yeganə qolunu 96-cı dəqiqədə Firas Əl-Buraikan vurub.
Beləliklə, "Əl-Əhli" çempionluq titulunu qoruyaraq ardıcıl ikinci dəfə kuboka sahib olub. Keçən mövsüm "Əl-Əhli" finalda Yaponiyanın "Kavasaki Frontale" komandasına qalib gəlmişdi.












