25 Aprel 2026, 20:35
FUTBOL
"Arsenal" "Lion"da icarə əsasənda oynayan "Real"ın hücumçusu Endriklə maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.
Bildirilir ki, "topçular" hələ 19 yaşlı hücumçu ilə bağlı danışıqlara başlamayıb və təklif də verməyiblər. Lakin braziliyalı futbolçu "Arsenal"ın transfer siyahısındadır. Oyunçunun prioritetinin "Real"a qayıtmaq olduğu vurğulanır.
Qeyd edək ki, bu mövsüm Endrik bütün yarışlarda 20 oyunda meydana çıxıb, 7 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun İspaniya klubu ilə hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 35 milyon avrodur.












