26 Aprel 2026, 10:32
FUTBOL
"Arsenal" İngiltərə Premyer Liqasının 34-cü turunda "Nyukasl"ı 1:0 hesabı ilə məğlub edərək, çempionatda künc zərbələrindən vurulan qollar üzrə yeni rekorda imza atıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Opta Sports" statistika portalı paylaşıb.
Bildirilir ki, "topçular"ın bu mövsümdə künc zərbəsindən vurduğu 17 belə qolu var. "Oldhem" (1992/1993), "Vest Bromviç " (2016/2017) və "Arsenal" (2023/2024) bir mövsümdə künc zərbələrindən 16 qol vurublar.
Qeyd edək ki, bu oyundan sonra "Arsenal" İngiltərə Premyer Liqasının turnir cədvəlində 73 xalla birinci, "Nyukasl" isə 42 xalla 14-cü yerdə qərarlaşıb.












