ABŞ milli komandasının baş məşqçisi Maurisio Poçettino gələn mövsüm "Real" ın baş məşqçisi ola bilər.

Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Migel Anxel Dias paylaşıb.

"Məndə belə bir təəssürat yaranıb ki, Maurisio Poçettino gələn mövsüm "Real"ın məşqçisi olacaq. Düşünmürəm ki, Madrid klubu yeni məşqçisini açıqlamaq üçün çox gözləyəcək", - Dias deyib.

Poçettino 2024-cü ilin sentyabr ayından bəri ABŞ milli komandasının baş məşqçisidir. Argentinalı məşqçinin hazırkı müqaviləsi 2026-cı ilin iyul ayının sonuna qədərdir.

Alvaro Arbeloa isə yanvar ayından bəri "Real"a rəhbərlik edir. Onun Madrid klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest