Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu bu gün çağırış Kubokunda növbəti oyununu keçirəcək. Matc.az xəbər verir ki, komanda 1/16 final mərhələsinin ilk matçında Almaniyada "VfB SUHL Thüringen"lə üz-üzə gələcək.
 
Qarşılaşmaya Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.
 
Cavab görüşü dekabrın 15-də eyni məkanda olacaq. Tərəflər arasında əldə olunan qarşılıqlı razılaşmaya əsasən, oyunlar Almaniyada keçirilir.
 
Xatırladaq ki, "Azərreyl" 1/32 finalda Slovakiya təmsilçisi "Slaviya"nı mübarizədən kənarlaşdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest