Bu gün voleybol üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatında 2022/23 illər mövsümünə start verilib. Matc.az xəbər verir ki, mövsümün ilk qarşılaşması rəsmi açılış mərasimindən öncə keçirilib. 
 
Kişi voleybolçular arasında Yüksək Liqanın 1-ci turunun ilk oyununda "Xarı bülbül" və MOİK klubları üz-üzə gəlib. çempionatın debütantı "Xarı bülbül" bu görüşdə rəqibini 3:0 (25:20, 28:26, 25:16) hesabı ilə üstələyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest