"Qarşıdakı rəqibimizə ilk dövrədə keçirilən oyunda qalib gəlmişdik. Belə baxsaq, onlar birinci dövrəni bir az şanssız keçirmişdilər. Əslində potensialı olan kollektivdir". Matc.az xəbər verir ki, bunu "Gəncə"nin kapitanı Amil Həmzəyev "Xırdalan" ilə oyun öncəsi klubun mətbuat xidmətinə açıqlamasında bildirib. Həmzəyev çempionatın 10-cu turunda qarşılaşacaqları rəqiblə görüşü dəyərləndirib:
 
"İndi onlar yüksəlişdədirlər. Beş oyun ard-arda qələbə qazanıblar. Biz də eyni seriya ilə irəliləyirik. Turnir cədvəlində üst pillələrdə yerləşiblər. Qısası, "Gəncə" olaraq uğurlu çıxışımızı davam etdirmək istəyirik. Odur ki, məqsədimiz qələbə qazanmaqdır. İlk dövrədə qazandığımız qələbənin təsadüf olmadığını göstərmək istəyirik. Bəzi zəif nöqtələri var. Bundan istifadə etməliyik. Əlimizdən nə gəlirsə, onu edib qalib gəlməliyik. Qarşıda "Sabah" ilə də görüşümüz var. Bu oyunda da qələbə qazanıb cari ili birinci pillədə başa vurmalıyıq". 
 
Amil Həmzəyev oyuna yaxşı hazırlaşdıqlarını da vurğulayıb: "Vaxtımız az olduğundan gündə bir dəfə məşq edərək oyuna hazırlaşırıq. Məşqlərimiz yaxşı gedir, görüşə hazırıq. Heyətdə zədəli oyunçunun olmaması bizi sevindirir. Hazırlaşdığımız kimi oynasaq, qələbə bizim olacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest