Azərbaycan Basketbol Liqasında 10-cu tura yekun vurulub. Matc.az xəbər verir ki, turun sonuncu oyunu Astara Olimpiya İdman Kompleksində gerçəkləşib.
 
"Zirvə Astara" doğma azarkeşlər önündə paytaxt təmsilçisi NTD ilə qarşılaşıb. Qarşılaşma Bakı komandasının 92:81 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Daha öncə "AAAF Xırdalan" "Gəncə"yə 85:71, "Sabah" "Neftçi"yə 99:81, "Sərhədçi" isə "Olimpik Şəki"yə 99:80 hesabıyla qalib gəlmişdi.
 
Beləliklə, 10 turdan sonra 18 xala malik "Gəncə" liderdir. "AAAF Xırdalan", "Sabah" və NTD-nin 17 xalı var. "Sərhədçi" 16 xalla 5-cidir. "Olimpik Şəki" və "Neftçi"nin 12, sonuncu pillədəki "Zirvə Astara"nın isə 11 xalı var.
 
11-ci turun matçları 21, 24 və 25 dekabrda baş tutacaq.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest