03 Mart 2019, 21:47
DÖYÜŞ NÖVLƏRİ
Martın 2-də Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kubokuna start verilib. Matc.az saytının məlumatına görə, yarışın ilk günü Azərbaycan milli komandasının 3 üzvü medal qazanıb.
Yeniyetmə cüdoçularımız 2 gümüş və 1 bürünc medala layiq görülüblər.
ölkəmizi təmsil edən Kamran Süleymanov (55 kq) və Nahid İsmayılov (66 kq) gümüş medala, Şükran Zamanlı (55 kq) bürünc medala sahib olub.
Qeyd edək ki, Antalya turnirində 16 ölkədən 495 yeniyetmə cüdoçu mübarizə aparır.