"Qarabağ"ln qapıçısı Hannes Halldorson İslandiya millisində növbəti oyununu keçirib. Matç.az saytı xəbər verir ki, qolkiper Millətlər Liqasının IV turunun iştirakçısı olub.

O, yığmasının İsveçrə ilə ev matçında start heyətində yer alıb. 90 dəqiqə meydanda olan qapıçı 2 top buraxıb.

öz meydanında 1:2 hesabı ilə uduzan İslandiya ardıcıl 3 məğlubiyyətdən sonra qrup sonuncusu olub. Son matçdakı qələbə də Hannesin komandasını xilas edə bilməyəcək. İslandiya yığması A liqasını tərk edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest