Azərbaycan Basketbol Liqasında 11-ci tura start verilib. Matc.az xəbər verir ki, turun açılış oyununda "Gəncə" və "Sabah" komandaları üz-üzə gəliblər.
 
"Sərhədçi" İdman Mərkəzində keçirilən qarşılaşma Bakı təmsilçisinin 81:73 hesablı qələbəsi ilə başa çatıb.
 
Ən məhsuldar basketbolçular "Gəncə"dən Kolin Törner (16 xal, 6 asist) və "Sabah"dan Kamran Məmmədov (22 xal, 7 ribaund ) olublar.
 
Turun digər oyunlarında "AAAF Xırdalan" və NTD, "Sərhədçi PİK" və "Zirvə Astara", "Olimpik Şəki" və "Neftçi İK" komandaları qarşılaşacaqlar. Görüşlər 24 və 25 dekabrda baş tutacaq.
 
Hazırda "Sabah" və "Gəncə" 19 xalla turnir cədvəlində şərikli liderdir. "AAAF Xırdalan"la NTD-nin 17 xalı var. "Sərhədçi" 16 xalla 5-cidir. "Olimpik Şəki" və "Neftçi"nin 12, sonuncu pillədəki "Zirvə Astara"nın isə 11 xalı var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest