Azərbaycan millisinin voleybolçusu Odina Əliyevanın yeni klubu məlum olub. Matc.az xəbər verir ki, 32 yaşlı hücumçu karyerasını çində davam etdirəcək.
 
Əliyeva "Şenzen Jonqsay" klubu ilə müqavilə imzalayıb. O, 2022/23 mövsümünün sonunadək bu klubda çıxış edəcək. 
 
Əliyeva mövsümə Filippində başlayıb. O, 2022-ci ilin ikinci yarısını "çoko Muço Flinq Titans"da keçirib.
 
2015/16 mövsümündə "Azərreyl"də çıxış etmiş voleybolçu həmin vaxtdan sonra ölkə xaricində legioner həyatı yaşayır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest