"Avrokubokların qrup mərhələlərində oynayan futbolçulara qarşı çıxış edirdik. Bununla belə, Malta xalqı bu dəfə bizim ifamızda tam fərqli oyun izlədi".

"Ağır oyun idi. Bütün futbolçularımız gücünün yüz faizini ortaya qoymağı bacardı". Matç.az saytının məlumatına görə, bunu Malta yığmasının hücumçusu Andre Şembri deyib.

Maykl Mifsud olmadığından Millətlər Liqasının qrup mərhələsidən Azərbaycan millisi ilə görüşdə kapitanlıq sarğısını taxan Şembri yerli mətbuata danışıb.

32 yaşlı oyunçu kollektiv oyunun nəticəsi olaraq 1 xal qazandıqlarını düşünür: "Avrokubokların qrup mərhələlərində oynayan futbolçulara qarşı çıxış edirdik. Bununla belə, Malta xalqı bu dəfə bizim ifamızda tam fərqli oyun izlədi. İstər hücumçumuz, istərsə də yarımmüdafiəçilərimiz müdafiə olunmaqda komandaya kömək etdilər. Təbii ki, yaxşılaşdırmalı olduğumuz cəhətlər çoxdu. Amma hesab edirəm ki, doğru yoldayıq. Təcrübəlilərlə yanaşı, Bakıda meydana çıxan gənclərimizdən də məmnun qaldım. Onların parlaq gələcəyi var. Əlbəttə ki, bunun üçün zamana ehtiyacları var".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən Azərbaycan – Malta matçı 1:1 hesabı ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest