04 Mart 2019, 21:15
DÖYÜŞ NÖVLƏRİ
Bu gün Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı start götürüb. Matc.az xəbər verir ki, qitə birinciliyinin ilk günündə 5 idmançımız xalça üzərinə çıxıb. 55, 63, 77, 87 və 130 kq çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb.
Həmyerlilərimizdən Ziyad Zeynalov (55 kq) ilk mərhələdə Gürcüstan, Mikayıl Rəhmanov (63 kq) Türkiyə, Nəzərşah Fətullayev (87 kq) İsveç, Sərxan Məmmədov (130 kq) isə Almaniya təmsilçisinə uduzub. Yalnız Nəsir Həsənov (77 kq) ilk görüşdə qələbə qazanıb. O, debütdə Bolqarıstan güləşçisinə qalib gəlib. Həmyerlimiz daha sonra Norveç idmançısını məğlub etsə də, 1/4 finalda Rusiya təmsilçisi ilə bacarmayıb.
Mənbə: awf.az